...

Türkiyənin Baş naziri ABŞ-a rəsmi səfərini təxirə salmalıdır - müxalifət lideri

Dünya xəbərləri Materials 5 Mart 2010 18:38 (UTC +04:00)

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "erməni soyqırımı"nı tanımasından sonra, ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı aprelin 12-də ABŞ-a gözlənilən rəsmi səfərini təxirə salmağa çağırıb. Məlumatı Türkiyənin CNN Turk informasiya portalı yayıb.

Müxalifət lideri Türkiyə hakimiyyətindən Yerevan və Ankara arasında imzalanan protokolların ləğvini tələb edib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasında 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası zamanı 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirilib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti