...

ABŞ Konqresinin "soyqırım"a dair qətnaməsi səhvdir - müdafiə naziri Geyts

Dünya xəbərləri Materials 15 Mart 2010 10:31 (UTC +04:00)
Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nı tanıyan qətnaməsi səhvdir. Bu barədə şənbə günü ABŞ-ın müdafiə naziri Robert Geyts əl-Ərəbiyyə kanalına müsahibəsində bildirib. Məlumatı Anadolu agentliyi yayıb.
ABŞ Konqresinin "soyqırım"a dair qətnaməsi səhvdir - müdafiə naziri Geyts

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir R.Dərəxşan/

Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nı tanıyan qətnaməsi səhvdir. Bu barədə şənbə günü ABŞ-ın müdafiə naziri Robert Geyts əl-Ərəbiyyə kanalına müsahibəsində bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

"Biz, şübhəsiz ki, ümid edirik, Konqres və Nümanyəndələr Palatası bu qanun layihəsini irəliyə doğru aparmayacaqlar", - Geyts deyib. Onun sözlərinə görə, belə qətnamələr Türkiyə-Amerika münasibətlərinə çox zərər vura bilər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi martın 4-də "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen sənədin lehinə, 22-ci əleyhinə səs verib.

Xəbər lenti

Xəbər lenti