...

Barak Obama İran xalqına müraciət edib

Dünya xəbərləri Materials 20 Mart 2010 14:17 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın İran xalqına videomüraciəti internetdə dərc olunub. Bu barədə BBC məlumat verir.
Barak Obama İran xalqına müraciət edib

ABŞ Prezidenti Barak Obamanın İran xalqına videomüraciəti internetdə dərc olunub. Bu barədə BBC məlumat verir.

Müraciətdə Obama bildirib ki, ABŞ iranlılar ilə daha intensiv mədəni əlaqələrin, bu ölkənin əhalisinin internetə daha geniş çıxış əldə etməsinin tərəfdarıdır.

ABŞ Prezidenti, həmçinin bəyan edib ki, ABŞ İrana diplomatik dialoq təklif etməkdə davam edir, ancaq Tehran təcridolunmanı seçir.

Bu, artıq Barak Obamanın hakimiyyəti dövründə yayılan ikinci oxşar videomüraciətdir. Ağ Ev bu videonun yayımını bir sira ölkələrdə, xüsusən də İranda martın 21-i qeyd edilən Novruz bayramı ilə eyni vaxta salıb.

Xəbər lenti

Xəbər lenti