...

İranda həbsdə olan müxalifət nümayəndələrinin əksəriyyəti "rejimə vəfalı" şəxslərdir - Rəfsəncani

Dünya xəbərləri Materials 24 Mart 2010 15:05 (UTC +04:00)
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölkədə "ifratçı" qüvvələrin hakimiyyətdəki nüfuzunu pisləyərək deyib ki, hazırda həbsdə olan müxalifət nümayəndələrinin böyük əksəriyyəti İslam İnqilabına bağlı olan günahsız şəxslərdir.
İranda həbsdə olan müxalifət nümayəndələrinin əksəriyyəti "rejimə vəfalı" şəxslərdir - Rəfsəncani

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölkədə "ifratçı" qüvvələrin hakimiyyətdəki nüfuzunu pisləyərək deyib ki, hazırda həbsdə olan müxalifət nümayəndələrinin böyük əksəriyyəti İslam İnqilabına bağlı olan günahsız şəxslərdir. ILNA agentliyinin martın 24-də yaydığı məlumata əsasən, Məsləhət Şurasının rəhbəri Rəfsəncani bildirib ki, prezident seçkilərinin nəticəsinə etiraz edən və aksiya keçirən müxalifətin böyük əksəri "İslam İnqilabının övladları, qurucuları və qoruyanlarıdır". O, həbsdə olan siyasi şəxsləri "rejimə vəfalı" şəxslər adlandırıb.

Trend -un arayışı: İranda ötən il iyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad qalib elan olunub. Müxalifət düşərgəsindən olan islahatçılar prezident seçkilərində geniş saxtakarlığa yol verildiyini elan edərək, seçkilərin nəticəsini tanımaqdan imtina ediblər. İran İslam İnqilabından sonra analoqu görünməmiş aksiyalarda milyonlarla insan prezident seçkilərinə qarşı etiraz aksiyaları keçirib. Aksiyalarda onlarla etirazçı həlak olub və yüzlərlə müxalifət rəhbərləri, jurnalistlər və sabiq rəsmilər həbs olunublar.

Rəfsəncani bildirib ki, həbs edilən müxalifət nümayəndələri konstitusiyasını tamamilə qəbul edir və qanunsuzluğa yol verməyiblər. Bundan əvvəl martın 23-də Rəfsəncani demişdi ki, ölkədə sabitlik və asayiş həbsdə olan müxalifət nümayəndələrinin azadlığa buraxılması və onlara dəyən maddi-mənəvi ziyanın qaytarılması ilə təmin oluna bilər. Rəfsəncani hakimiyyəti müxalifətlə daha mülayim davranmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti