...

Ərdoğanın ABŞ-a səfəri hələlik sual altındadır- Türkiyə XİN

Dünya xəbərləri Materials 29 Mart 2010 13:18 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri hələlik sual altındadır. Bu barədə CNN türk saytı məlumat verir.
Ərdoğanın ABŞ-a səfəri hələlik sual altındadır- Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri hələlik sual altındadır. Bu barədə CNN türk saytı məlumat verir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni 23 lehinə, 22-si əleyhinə səslə qəbul etdikdən sonra təxirə salınıb.

ABŞ Konqresinin ardınca martın 11-i İsveç Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iclasında da qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul olunub. Türkiyə etiraz əlaməti olaraq Vaşinqton və Stokholmdan öz səfirlərini geri çağırıb.

Xəbər lenti

Xəbər lenti