...

İranın Talibana hərbi kamera göndərməsi barədə məlumatımız yoxdur - General Petraus

Dünya xəbərləri Materials 5 Aprel 2010 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel Trend  News, müxbir S.Süleymanov/

ABŞ Hərbi Qüvvələri Baş Qərargahının rəhbəri General Devid Petraus Trend -a bildirib ki, İranın Əfqanıstandakı radikal hərbçilərə gecədə izləmə kamera, yaxud digər hərbi kameraların göndərməsi ilə bağlı nə sübut, nə də məlumat var.

ABŞ-ın "ProPublica" jurnalının aprelin 4-də yaydığı məlumata əsasən, İran rəsmi telekanalının  İtaliyada həbsdə olan əməkdaşı bu ölkədə casusluq və İrana qadağan olunmuş sursatın satışı ilə məşğul imiş. Jurnalın məlumatına görə, İran İRİNN telekanalının əməkdaşı Həmid Məsuminejad Romaniyanın "Berta" firmasından 200 avtomat kamerası alıb. "ProPublica" jurnalının məlumatına əsasən, bu növ kameralar Əfqanıstanda fəaliyyət göstərən Talibanın əlində müşahidə olunub. Bundan əvvəl ABŞ dəfələrlə İranı Talibana silah göndərməkdə ittiham edib.

Petraus aprelin 5-də Astanada keçirdiyi press-konfransda Trend -un müxbirinin İranın Talibana hərbi kamera verməsi ilə bağlı sualına cavab olaraq bildirib ki, kameraların İran vasitəsilə Əfqanıstan hərbçilərinə təhvil verilməsi ilə bağlı məlumatı yoxdur.

"Bizim buna dair hələ ki heç bir məlumatımız yoxdur, lakin belə bir məlumat əldə etmişik ki, İran Əfqanıstanın qərb əyalətlərində fəaliyyət göstərən taliblərə partlayıcı maddələr verir", -  deyə ABŞ generalı bildirib.

Petraus ABŞ-ın "İranın taliblərə hərbi dəstəyinə qarşı" gördüyü tədbirlər haqda bildirib ki, "Təkrar etmək lazim deyil ki, ABŞ lazim olan tədbirləri görür ki, partlayıcı maddələr nəinki İrandan, başqa ölkələrdən də Əfqanıstan, yaxud Əfqanıstanın ətraf ölkələrinə təhvil verilməsin".

Xəbər lenti

Xəbər lenti