...

Buşəhr atom elektrik stansiyası yayda istismara veriləcək - İran rəsmisi

Dünya xəbərləri Materials 9 Aprel 2010 19:28 (UTC +04:00)

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, Buşəhr atom elektrik stansiyasının yayda açılşı olacaq. Salehi "İran Milli Nüvə Günü" tədbirindəki çıxışında bildirib ki, Buşəhr nüvə stansiyasının sınaqları uğurla həyata keçirilib, yaxın gələcəkdə uran yanacağı kürələrdə quraşdırılacaq və yayda istismara veriləcək. Salehinin çıxışı İranın IRINN telekanalında bu gün canlı yayımlanıb.

Buşəhr İranın ilk atom elektrik stansiyasıdır və Rusiyanın "Atom Stroy" şirkəti tərəfindən inşa olunur. Bu stansiyada 1000 meqavat elektrik enejisi istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti