...

Azərbaycan Türkiyə və Ermənistanın bütün danışıqlarından xəbərdardır - nazir Əhməd Davudoğlu

Dünya xəbərləri Materials 19 Aprel 2010 19:02 (UTC +04:00)
Azərbaycan Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşmasına dair keçirdiyi bütün danışıqlardan xəbərdardır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Bakıya səfəri ərəfəsində bildirib.
Azərbaycan Türkiyə və Ermənistanın bütün danışıqlarından xəbərdardır - nazir Əhməd Davudoğlu

Azərbaycan Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşmasına dair keçirdiyi bütün danışıqlardan xəbərdardır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Bakıya səfəri ərəfəsində bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

"Biz daim bu məsələ (Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması) ilə bağlı Azərbaycana xəbər veririk. Türkiyə imza atmamışdan (Sürix protokollarına) öncə hər addımını ciddi şəkildə düşünüb", - Davudoğlu İraqın vitse-prezidenti Tariq əl-Haşimi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Davudoğlu ölkə rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin və ABŞ-da keçirilmiş görüşlərin nəticələrinin müzakirəsi üçün bazar ertəsi Bakıya işgüzar səfər edib. Bakıya gəlməzdən öncə Davudoğlu bəyan edib ki, Ermənistan-Türkiyə protokolları ratifikasiya olunmadan Türkiyə Ermənistan ilə sərhədləri açmayacaq.

"Gələcəkdə siyasət bütün tərəflərin baxışlarını nəzərə alaraq, belə gizli deyil, daha sakit olacaq", - Türkiyənin XİN rəhbəri deyib. - "Türkiyə Ermənistan ilə münasibətlərin normallaşması prosesinə və imzalanan bütün sənədlərə sadiq qalır".

Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyənin protokollar ratifikasiya edilmədən Ermənistan ilə sərhədləri aça bilməsi haqqında bəyanatına gəldikdə isə, Davudoğlu bunu qəti olaraq inkar edib və əlavə edib ki, Sarkisyan öz ümid və arzularını bildirib. "Protokollar təsdiq edilmədən sərhədlərin açılması heç bir halda Türkiyənin gündəliyinə daxil deyil", - o deyib.

Xəbər lenti

Xəbər lenti