...

Braziliyanın xarici işlər naziri İrana səfər edib

Dünya xəbərləri Materials 26 Aprel 2010 10:33 (UTC +04:00)

Braziliyanın xarici işlər naziri Celso Amorim bu gün səhər İrana rəsmi səfər edib. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat yayıb.

İkigünlük səfər zamanı Amorim iranlı həmkarı Mənuçöhr Möttəki , İran Milli Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili və digər İran rəsmiləri ilə görüşlər keçirəcək.

Səfərdən məqsəd Brazilya Prezidentinin İrana gözlənilən səfəri üçün hazırlıq işlərinin görülməsidir. Braziliya Prezidenti Luiz İnacio da Silva may ayının sonlarında İrana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti