İranın Çaharmahal və Bəxtiyari əyalətlərinin Lordegan şəhərində ötən gün 56 nəfər Pakistan vətəndaşı həbs olunb. Bunu Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, həbs olunmuş Pakistan vətəndaşları qanunsuz olaraq sərhədi keçib, həmin şəhərdə məskunlaşıblar. Onlardan 6 400 ədəd qadağan olunmuş CD disklər müsadirə olunub. Onlar üçün cinayət işi açılıb.