...

İranda fəhlələr mitinq keçiriblər

Dünya xəbərləri Materials 29 Aprel 2010 13:51 (UTC +04:00)

İranın Bəndər Abbas Gəmiqayırma Şirkətinin fəhlələri şirkət rəhbərliyinin fəhlələrin sayını azaltmaq qərarına etiraz üçün şirkətin qarşısında mitinq ediblər. Bunu Trend İranın Əsr-e İran xəbər saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, şirkətin 300 fəhləsi etiraz mitinqində iştirak edib. Şirkət son bir neçə gün ərzində 30 fəhləni işdən uzaqlaşdırıb. Fəhlələr deyir ki, hazırda həmin şirkət 5 gəminin istehsalına başlayıb və işçilərin sayının azaldılmasına ehtiyac duyulmur. Etiraz edən fəhlələr bu gün həmçinin İranın Hörmüzqan əyalətinin icra hakimiyyəti qarşısında da mitinq keçirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti