...

Ərdoğan İrana səfərdən imtina edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 May 2010 16:49 (UTC +04:00)

RED. əlav.: Türkiyə Baş nazirliyinin mətbuat xidmətinin açıqlaması sonuncu abzasda əlavə olunub

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib ki, İrana səfəri ləğv olunub.

"Deutsche Welle" saytının Fransa informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, İran beynəlxalq ictimaiyyətlə nüvə proqramına dair əməkdaşlıqdan boyun qaçırır və buna görə də Tehrana səfərim ləğv olunub.

Mayın 15-də Braziliya Prezidenti və Türkiyənin Baş naziri nüvə proqramı ilə bağlı İran və Qərb arasında vasitəçilik üçün Tehrana səfər etməliydilər.

Türkiyə və Braziliya İranın 1200 kq zəif səviyyədə zənginləşdirilmiş uranı Qərbə verib, Tehran nüvə laboratoriyasına lazım olan 20 faizlik uran yanacağını təhvil alması üçün vasitəçilik etmək istəyirlər. İran yalnız ölkə daxilində uran yanacağının mübadiləsində maraqlı olduğunu bildirib.

Qərb İranı nüvə silahı istehsalına səy göstərməkdə ittiham edir, İran isə bunu rədd edir. İndiyədək BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı üç iqtisadi sanksiya tətbiq edib. Hazırda 4-cü sanksiya müzakirə olunur.

"Baş nazir Ərdoğanın İrana səfər edib-etməyəcəyi hələlik dəqiq deyil. Baş nazirin səfər proqramı sıx olduğu üçün İrana səfər edəcəyi hələlik bilinmir", - Türkiyənin Baş nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib.

Xəbər lenti

Xəbər lenti