...

Əbdül-Həmid Reygi - "Condullah" rəhbərinin qardaşı bu gün səhər edam edilib

Dünya xəbərləri Materials 24 May 2010 10:35 (UTC +04:00)
İranın Sistan və Bəlucistan Əyalət Prokurorluğunun mətbuat xidməti məlumat yayaraq bildirib ki, "Condullah" qrupunun rəhbəri Əbdül-Malik Reyginin qardaşı - Əbdül-Həmid Reygi bu gün səhər Zahidan həbsxanasında edam olunub.
Əbdül-Həmid Reygi - "Condullah" rəhbərinin qardaşı bu gün səhər edam edilib

İranın Sistan və Bəlucistan Əyalət Prokurorluğunun mətbuat xidməti məlumat yayaraq bildirib ki, "Condullah" qrupunun rəhbəri Əbdül-Malik Reyginin qardaşı  - Əbdül-Həmid Reygi bu gün səhər Zahidan həbsxanasında edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Əbdül-Həmid Reygi Sistan və Bəlucistan İnqilab Məhkəməsi tərəfindən "müharib" elam olunub.

Allaha, Peyğəmbərə və İslam hökumətinə qarşı çıxan şəxs və ya şəxslərə "müharib" (hərb elan etmişlər) deyilir. İran Konstitusiyasının 183-196-cı maddələrində "müharib" və "İslam hökumətini devirmək" istəyən şəxsə sürgün və edam kimi cəzalar nəzərdə tutulub.

Əbdül-Həmid Reygi quldurluq, silahlı basqın, adam oğurluğu, polisə qarşı silahlı zor tətbiq etmə, bir neçə polis nəfərinin öldürülməsi və digər ittahmlara görə edama məhkum olunub.

İran hökuməti "Condullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlar və təxribatlarda ittiham edir.

Reyginin rəhbərlik etdiyi "Condullah" qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərir və İslamın sünni təriqətinə aiddir. Hərəkat partlayışlar təşkil edib ki, bunun nəticəsində də polislər və hərbi qulluqçular həlak olublar.

2009-cu ilin oktyabr ayında İranın cənub-şərqində törədilən və 50 nəfərin həlak olmasına gətirən sonuncu irimiqyaslı terror aktını "Condullah" öz üzərinə götürüb.

"Condullah" lideri Əbdül-Malik Reygi 2010-cu ilin fevralında İran kəşfiyyatçıları tərəfindən həbs olunub.

Xəbər lenti

Xəbər lenti