...

Türkiyə İsrailə lazımdır – Türkiyə Baş nazirinin müavini

Dünya xəbərləri Materials 7 İyun 2010 11:11 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Bülənd Arınç bazar günü bildirib ki, İsrail regiondakı bütün dövlətlərlə münaqişədədir və buna görə də Türkiyə "nəfəs almaq üçün" İsrailə lazımdır, - bu barədə Anadolu agentliyi məlumat verib.
Türkiyə İsrailə lazımdır – Türkiyə Baş nazirinin müavini

Türkiyə Baş nazirinin müavini Bülənd Arınç bazar günü bildirib ki, İsrail regiondakı bütün dövlətlərlə münaqişədədir və buna görə də Türkiyə "nəfəs almaq üçün" İsrailə lazımdır, - bu barədə Anadolu agentliyi məlumat verib.

Arınç bu fikri Kanaltürk telekanalında çıxışı zamanı deyib.

İyunun 30-da hüquq-müdafiə təşkilatlarının fəalları blokadada olan Qəzza sektoruna 1 000 ton humanitar yardım aparan altı gəmidən ibarət karvan təşkil ediblər. "Azadlıq donanması " bazar ertəsinə keçən gecə İsrail HDQ-nin xüsusitəyinatlı döyüşçüləri tərəfindən ələ keçirilib. Əməliyyat zamanı səfərdə iştirak edən 9 iştirakçı öldürülüb, onlarca adam yaralanıb. Səfər iştirakçılarının ciddi müqaviməti ilə üzləşən yeddi İsrail əsgəri də yaralanıb.

Xəbər lenti

Xəbər lenti