...

Naxçıvan və İstanbul arasında birbaşa aviareys açılacaq

Dünya xəbərləri Materials 15 İyun 2010 13:40 (UTC +04:00)
Türkiyənin AnadoluJet aviaşirkəti iyun ayının sonundan etibarən İstanbul və Naxçıvan Muxtar Respublikası (NMR) arasında mütəmadi reyslər həyata keçirəcək.
Naxçıvan və İstanbul arasında birbaşa aviareys açılacaq

Türkiyənin AnadoluJet aviaşirkəti iyun ayının sonundan etibarən İstanbul və Naxçıvan Muxtar Respublikası (NMR) arasında mütəmadi reyslər həyata keçirəcək. Məlumatı Cihan informasiya agentliyi yayıb.

Uçuşlar İstanbulun Sabiha Gökçen hava limanı vasitəsilə hər çərşənbə axşamı, cümə axşamı və şənbə günləri baş tutacaq.

Naxçıvan aeroportundan uçuşlara gəldikdə isə, onlar hər çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Aviaşirkətdən daxil olan rəsmi məlumata görə, ikitərəfli uçuşlar iki ölkə vətəndaşları arasında körpü rolunu oynayacaq.

Xəbər lenti

Xəbər lenti