...

Türkiyədə terrorçuların hücumu nəticəsində on bir əsgər həlak olub (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 21 İyun 2010 10:23 (UTC +04:00)
Türkiyənin Elyazıq vilayətindəki jandarm məntəqəsinə terrorçuların hücumu nəticəsində bir türk əsgəri həlak olub, üçü yaralanıb. Bu barədə bazar günü Cihan agentliyi məlumat yayıb.
Türkiyədə terrorçuların hücumu nəticəsində on bir əsgər həlak olub (ƏLAVƏ OLUNUB-2)

RED.: həlak olanların və yaralananların sayı dəqiqləşdirilir, yeni məlumatlar əlavə olunacaq

Həkkəri əyalətində Kürdüstan Fəhlə Partiyası terrorçularının hücumu nəticəsində türk ordusunun on bir əsgəri həlak olub və on altı nəfər yaralanıb, - CNN Turk xəbər verir.

Türk ordusu bölmələrinə yaraqlıların hücumu nəticəsində doqquz əsgər öldürülüb , on dörd nəfər yaralanıb. Terrrorçuların qoyduqları bombanın partlaması nəticəsində daha iki türk əsgəri həlak olub, ikisi yaralanıb.

Yaralı əsgərlər şəhər xəstəxanasına yerləşdirilib.

Türk qoşunlarının cavab zərbələri nəticəsində on iki PKK yaraqlısı qətlə yetirilib.

Son vaxtlar PKK terrorçularının türk hərbçilərinə hücumları nəzərəçarpacaq dərəcədə artıb. Son iki ayda türk ordusu 46 əsgərini itirib.

Separatçılarla mübarizə üçün türk silahlı qüvvələri İraqla sərhəddə irimiqyaslı əməliyyatlara başlayıb.

Həkkəri və Şirnak əyalətlərinə çoxlu sayda hərbi texnika və xüsusitəyinatlıların dəstələri göndərilib.

Xəbər lenti

Xəbər lenti