...

İranın XİN rəhbəri Türkmənistanla iqtisadi əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib

Dünya xəbərləri Materials 24 İyun 2010 19:50 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki cümə axşamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini və potensialını yüksək qiymətləndirib. Məlumatı Fars agentliyi yayıb.

Müttəki İran nümayəndə heyətinin rəhbəri kimi Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi ölkələrinin nüvə tərk-silahı üzrə birgünlük beynəlxalq konfransında iştirak etmək üçün cümə axşamı Türkmənistana gəlib.

Xəbər lenti

Xəbər lenti