...

Şəhram Əmiri ABŞ-ı tərk edərək İrana qayıdır – İran İslam Respublikasının XİN nümayəndəsi

Dünya xəbərləri Materials 14 İyul 2010 11:28 (UTC +04:00)
Şəhram Əmiri ABŞ-ı tərk edərək İrana qayıdır.
Şəhram Əmiri ABŞ-ı tərk edərək İrana qayıdır – İran İslam Respublikasının XİN  nümayəndəsi

Şəhram Əmiri ABŞ-ı tərk edərək İrana qayıdır, - bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst deyib. Məlumatı Mehr informasiya agentliyi yayıb.

O əlavə edib ki, Əmirinin İrana qayıtması Pakistan Səfirliyi ilə sıx əməkdaşlıq nəticəsində mümkün olacaq.

İranın nüvə fiziki Əmiri 2009-cu ilin iyununda Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gəldikdən üç gün sonra itib. İran ABŞ-ın kəşfiyyat xidmətini Əmirinin oğurlanmasında günahlandıraraq, Amerika hökumətindən iranlıların fikrincə, ər-Riyaddan Vaşinqtona aparılan alimin öz ölkəsinə qaytarılmasını tələb edib.

İyunun əvvəlində İran televiziyasında yayımlanan videoçarxda Əmiri özü Amerika kəşfiyyat xidməti tərəfindən oğurlandığı faktını bəyan etmiş və olduğu yeri açıqlamışdı - ABŞ-ın Arizona ştatı, Tuson şəhəri.

Əmiri oğurlanana qədər "Malek Aştar" Tehran Texnoloji Universitetində sıravi mütəxəssis vəzifəsində çalışırdı. Rəsmi Tehran bütünlüklə onun İranın nüvə proqramına aidiyyəti olduğunu inkar edir.
Daha sonra Qərb KİV tərəfindən verilən digər mülahizələrə görə, İran alimi özü İrana qayıtmamaq və Amerika kəşfiyyat xidməti ilə əməkdaşlıq etməyə qərar verib.

2009-cu ilin dekabrında Britaniyanın həftəlik qəzeti "Sunday Telegraph" xəbər verib ki, müəmmalı şəkildə itkin düşən Şahram Əmiri, guya ki, oktyabr ayında Frankfurt Hava Limanında uranın zənginləşdirilməsi üzrə "Fordu" zavodunun ilkin yoxlamaları üçün İrana yola düşən BAEA-nın müfəttişləri ilə uçuşdan qabaq görüşərək onlara, qəzetin məlumat verdiyi kimi, çox faydalı məlumatlar təqdim edib.

Xəbər lenti

Xəbər lenti