...

Tehran sazişi nüvə probleminin yeganə həllidir – İran Parlamentinin spikeri

Dünya xəbərləri Materials 22 İyul 2010 15:17 (UTC +04:00)
Nüvə yanacağının mümkün mübadiləsi haqda Tehran sazişi nüvə probleminin yeganə həllidir.
Tehran sazişi nüvə probleminin yeganə həllidir – İran Parlamentinin spikeri

Nüvə yanacağının mümkün mübadiləsi haqda Tehran sazişi nüvə probleminin yeganə həllidir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani deyib və əlavə edib ki, şübhəsiz, sanksiyalar uğursuzluqla nəticələnəcək. Məlumatı Press-TV verib.

"Tehran sazişi reallaşarsa, bir çox məsələlər tam həll olunar, qətnamələr isə qətiyyən heç bir bəhrə verməyəcək", - Laricani Yaponiyanın Nümayəndələr Palatasının spikeri Takaxiro Yokomiçi ilə Cenevrədə görüşü zamanı bildirib.

Uranın mübadiləsi haqda üçtərəfli saziş mayın 17-də İran, TürkliyəBraziliya arasında imzalanıb. Bu ölkələrin XİN başçıları Tehrandakı elmi-tədqiqat reaktoru üçün Tehranın malik olduğu azzənginləşdirilmiş uranın (3,5 faizədək) yüksəkzənginləşdirilmiş (20 faizədək) yanacağa mübadiləsi üçün sazişin layihəsini imzalayıblar. İrana məxsus azzənginləşdirilmiş uran Tehranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasında müvafiq sazişin imzalanmasından bir ay sonra Türkiyəyə göndərilə bilər.

"İran müəyyən addımlar atıb, bunun nəticəsi müsbət əməkdaşlığımızın açıq-aydın əlaməti olan Tehran sazişidir", - Laricani bildirib.

Onun sözlərinə görə, ABŞ və onun Avropadakı müttəfiqləri sazişə etinasızlıqla yanaşdılar və rəsmi Tehranın onu açıqlamasından bir aydan az müddət sonra, BMT TŞ İrana qarşı onun nüvə proqramına görə sanksiyaların dördüncü mərhələsini tətbiq etdi.

Laricani əlavə edib ki, ABŞ-ın İrana qarşı dəstəklədiyi sanksiyalar mübadilə haqda saziş üçün maneədir.

Xəbər lenti

Xəbər lenti