...

Dünya xalqlarında yeni təfəkkürün oyanması zorakılığa son qoyacaq – İran Prezidenti

Dünya xəbərləri Materials 23 İyul 2010 12:03 (UTC +04:00)
Dünya xalqlarında yeni təfəkkürün oyanması hegemon dövlətlərin ədalətsiz hökmranlığına son qoyacaq.
Dünya xalqlarında yeni təfəkkürün oyanması zorakılığa son qoyacaq – İran Prezidenti

Dünya xalqlarında yeni təfəkkürün oyanması hegemon dövlətlərin ədalətsiz hökmranlığına son qoyacaq. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib. Xəbəri Press-TV yayıb.

"Müasir dünyada ədalətsizlik və zorakılıq dünya xalqlarının oyanışı ilə tezliklə aradan qalxacaq", - Əhmədinejad Tehranda Livan şiələrinin vəfat etmiş dini lideri ayətulla Məhəmməd Hüseyn Fədlallanın oğlu Seyid Əli Fədlalla görüşündə deyib.

Prezident, ölkədə müqavimət hərəkatının əsas yaradıcılarından biri olan ayətullanın vəfatı ilə bağlı başsağlığı da verib.

Xəbər lenti

Xəbər lenti