İranın Milli Təhlükəsizlik Ali Şurası
(MTAŞ) Birləşmiş Ştatlarla hər hansı danışıqlar aparmaq haqqında qərar qəbul etmək səlahiyyətlərinə malik olan orqandır. İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət məsələləri komitəsinin sədri Ələddin Borucerdi bildirib. Xəbəri Press-TV yayıb.
Ali Şuranın yekun qərarını reallaşdırmaq üçün o, İslam İnqilabının lideri ayətullah Əli Xamneyi tərəfindən təsdiqlənməlidir.
Borucerdinin sözlərinə görə, ABŞ 1979-cu il İslam İnqilabına qədər və ondan sonra İrana qarşı səhv mövqe tutub.
"ABŞ-ın son sanksiyaları buna sübutdur", - o bildirib.
Parlamentari onu da bildirib ki, İran ABŞ-ın daxil oduğu Vyana qrupu ilə danışıqlar aparmağa hazırdır, "lakin birbaşa danışıqlar aparmaq tamamilə başqa məsələdir".
Borucerdinin iradları ABŞ Prezidenti Barak Obamanın Birləşmiş Ştatların İranın nüvə problemini sülh danışıqları yolu ilə həll etməyə çalışmasına dair bəyanatından sonraya təsadüf edir.