...

Serbiyalı spiker İranla əlaqələri möhkəmləndirməyə çağırır

Dünya xəbərləri Materials 7 Avqust 2010 11:47 (UTC +04:00)
Serbiya Parlamentinin (Milli Şura) spikeri Dukiç-Deyanoviç Tehranla Belqrad arasında siyasi, beynəlxalq, iqtisadi və parlament sahələrində əməkdaşlığın genişləndirilməsinə çağırıb. Bu barədə IRNA agentliyi xəbər verir.
Serbiyalı spiker İranla əlaqələri möhkəmləndirməyə çağırır

Serbiya Parlamentinin (Milli Şura) spikeri Dukiç-Deyanoviç Tehranla Belqrad arasında siyasi, beynəlxalq, iqtisadi və parlament sahələrində əməkdaşlığın genişləndirilməsinə çağırıb. Bu barədə IRNA agentliyi xəbər verir.

İranın Belqraddakı səfiri Əbülqasım Delfi ilə görüşdə İranın zəngin mədəniyyəti və tarixi haqqında xatırladan Dukiç-Deyanoviç deyib ki, Serbiya ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir.

O, əlaqələrin dərinləşməsində parlamentlərin rolunu göstərərək, iki ölkənin parlamentarilərinin görüşlərinin daha tez-tez keçirilməsinə çağırıb.

Öz növbəsində, İran səfiri onun ölkəsinin də qarşılıqlı maraqlar əsasında Serbiya ilə konstruktiv münasibətlərə hazır olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti