...

"Azadlıq donanması"ndakı türk gəmiləri İsgəndərun limanına daxil olub

Dünya xəbərləri Materials 7 Avqust 2010 12:08 (UTC +04:00)
Mayın 31-də İsrail xüsusitəyinatlıları tərəfindən ələ keçirilən türk gəmiləri şənbə günü səhər Türkiyənin cənubundakı İsgəndərun limanına daxil olub. Bu barədə CNN Turk telekanalının saytı məlumat verir.
"Azadlıq donanması"ndakı türk gəmiləri İsgəndərun limanına daxil olub

Mayın 31-də İsrail xüsusitəyinatlıları tərəfindən ələ keçirilən türk gəmiləri şənbə günü səhər Türkiyənin cənubundakı İsgəndərun limanına daxil olub. Bu barədə CNN Turk telekanalının saytı məlumat verir.

Cümə axşamı İsrail hökuməti blokadaya alınmış Qəzza sektoruna gedən "Azadlıq donanması" humanitar konvoyundakı üç gəmini Ankaraya qaytarmağı qərara alıb. Onların arasında "Mavi Mərmərə" layneri də var. Həmin gəmidə İsrail komandosları ilə türk fəalları arasındakı toqquşma nəticəsində, səkkiz Türkiyə vətəndaşı və bir türkmənşəli amerikalı həlak olub.

Cümə günü İsrailin Hayfa limanından yola düşən iki gəmi Türkiyəyə bazar günü axşam çatacaq.

Türkiyə KİV-in məlumatına görə, ekspertlərdən ibarət xüsusi qrup və sığorta şirkətlərinin nümayəndələri İsrail xüsusitəyinatlılarının hücumu nəticəsində gəmilərə dəymiş ziyanı qiymətləndirəcəklər.

İsrail hakimiyyəti silah tətbiq etmələrini fəallardan qorunmaqla izah edirlər və türk gəmilərinin göyərtəsində silah daşındığını bildirirlər. Lakin donanmanın iştirakçıları bu ittihamı rədd edirlər. "RİA-Novosti" agentliyinin yazdığına görə, insident bu yaxınlaradək Yaxın Şərqdə hərbi və strateji müttəfiq olan Türkiyə ilə İsrail arasında münasibətlərin kəskin pisləşməsinə səbəb olub.

İsrail artıq Ankaranın tələb etdiyi kimi, baş verənlərin araşdırılması üçün BMT ilə əməkdaşlığa razıdır.

İsrail Türkiyə gəmiləri ilə yanaşı, donanmadakı daha üç beynəlxalq gəmini və iyunun 5-də Qəzzaya gedərkən ələ keçirilən İrlandiyanın "Reyçel Korri" yük gəmisini saxlamaqda davam edir.

Xəbər lenti

Xəbər lenti