Tehran zəruri avadanlıqların verilməsində Livan ordusuna kömək etməyə hazırdır. Bunu İranın Beyrutdakı səfiri Qəzənfər Ruknəbadi Livan ordusunun komandanı, briqada generalı Jan Qəhvəçi ilə görüşündə bildirib. Bu barədə IRNA agentliyi xəbər yayıb.
Diplomat, həmçinin, hər iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişin bəndlərinə əməl etməyə hazır olduğunu da təsdiqləyib.