Cümə günü səhər Ankaranın təhlükəsizlik qüvvələri yanacaqdoldurma stansiyasından yüz metr kənarda içərisində beş kiloqram partlayıcı maddə olan bağlama aşkar ediblər. Bu barədə CNN Turk saytı məlumat verib.
Partlayıcı maddə hadisə yerinə gələn mütəxəssislər tərəfindən zərərsizləşdirilib və daha sonra ekspertizaya verilib.
İnsidentlə bağlı polis təhqiqata başlayıb.