...

İranda xəstəlikdən ölənlərin 40 faizi ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdir - səhiyyə naziri

Dünya xəbərləri Materials 26 Avqust 2010 16:57 (UTC +04:00)
İranda xəstəlikdən əziyyət çəkərək ölənlərin 40 faizi ürək-damar xəstəliklərindən əziyyət çəklər təşkil edir. Bunu İranın Səhiyyə Naziri xanım Mərziyyə Vəhid Dəstcerdi deyib. Bu barədə İranın İSNA xəbər agnetliyi məlumat verir.
İranda xəstəlikdən ölənlərin 40 faizi ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdir - səhiyyə naziri

İranda xəstəlikdən ölənlərin 40 faizini ürək-damar xəstəliklərindən əziyyət çəkənlər təşkil edir. Bunu İranın səhiyyə naziri xanım Mərziyyə Vəhid Dəstcerdi deyib. Məlumatı İranın ISNA xəbər agentliyi yayıb.

Dəstcerdi qeyd edib ki, ölkədə xəstələrin 19,5 faizi isə ürək infarktından ölüb. "Bu onu göstərir ki, ürək-damar xəstəlikləri və onunla mübarizədə ölkədə çox işlər görülməlidir", - xanım Dəstcerdi deyib.

O, İran xəstəxanalarında ürək-damar xəstələri üçün ümumilikdə 11 700 çarpayının olduğunu bildirib. "2014-cü ilədək ölkədə ürək-damar xəstələri üçün çarpayıların sayını 30 faiz artırmaq lazımdır, lakin əgər bu xəstəliklə mübarizədə ciddi iş görülməzsə, çarpayıları hər nə qədər artırsaq da lazımi həddə çata bilməyəcəyik", - Dəstcerdi deyib.

O əlavə edib ki, hazırda İranda 1500 ürək-damar xəstəlikləri həkimi, 220 cərrah, eləcə də 100 uşaq ürək-damar xəstəlikləri üzrə mütəxəssis çalışır.

Dəstcerdi əlavə edib ki, 2004-cü ildə ölkədə aparılmış araşdırma zamanı məlum olub ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 138 min nəfəri dünyasını dəyişib. "Hazırda sutka ərzində ürək-damar xəstəliyindən əziyyət çəkənlərin 300 nəfəri dünyasını dəyişir", - Dəstcerdi deyib.

Xəbər lenti

Xəbər lenti