...

Müttəki Türkiyə və Braziliyanı İranın nüvə proqramı üzrə danışıqlarda iştirak etməyə çağırır

Dünya xəbərləri Materials 30 Avqust 2010 18:32 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki İranın Qərblə nüvə proqramı üzrə apardığı danışıqlarda Türkiyə və Braziliyanın da iştirak etməsini tələb edir.
Müttəki Türkiyə və Braziliyanı İranın nüvə proqramı üzrə danışıqlarda iştirak etməyə çağırır

İranın xarici işlər naziri Mənuçöhr Müttəki İranın Qərblə nüvə proqramı üzrə apardığı danışıqlarda Türkiyə və Braziliyanın da iştirak etməsini tələb edir. Məlumatı ILNA yayıb.

"Biz "Vyana qrupu" ilə (Beynəlxalq Atom Enerjsi Agentliyi, Rusiya, Fransa və ABŞ) Tehran nüvə reaktoru üçün 20 faizlik yanacaqla bağlı az zənginləşdirilmiş uranın mübadiləsi barədə danışıqlar aparmaq niyyətindəyik, - bazar ertəsi Müttəki Almaniyanın həftəlik "Der Spiegel" jurnalına müsahibəsində deyib. - Biz həmçinin, Türkiyə və Braziliyanın da danışıqlar prosesinə qoşulmasını təklif edirik".

İranın uranın zənginləşdirilməsi üzrə kompromisə hazır olması barədə suala cavab verən Müttəki bildirib ki, İran danışıqlar aparmaq istəyir, lakin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və üstəgəl Almaniyadan ibarət qrupun əvvəlki tərkibi dəyişdirilməlidir.

"Qrupa digər ölkələr də daxil edilməlidirlər, - o bildirib. - Danışıqlar yeni tərkiblə bərpa edilə bilər''.

Müttəki bildirib ki, onun ölkəsini kompromisə getməyə məcbur edə bilməyəcəklər.

''Siz ölkənin hüquqlarına məhəl qoymaya və onu güzəştə getməyə məcbur edə bilməzsiniz. Biz öz hüquqlarımızı qorumaqda tam qətiyyətliyik", - xarici işlər naziri deyib.

''Biz malik olduğumuz hüquqdan artıq tələb etmirik. Düşünürəm ki, hər şeydən yaxşı indi bu hüququ mövcud qaydalar və qanunlar çərçivəsində tanımaq olardı'', - Müttəki bildirib.

Müttəki deyib ki, ABŞ və Aİ-nin İrana qarşı birtərəfli sanksiyaları uğursuz olub.

''Avropa şübhəsiz ki, yeni sanksiyalardan daha çox əziyyət çəkir, nəinki biz. Biz artıq son illər Avropa ilə ticari əməkdaşlığı xeyli azaltmışıq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti