...

Salehi Beynəlxalq Atom Enerjsi Agentliyinin son məruzəsini tənqid edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2010 19:32 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramı ilə bağlı son məruzəsu bir daha təsdiq edir ki, o, dinc məqsədlər üçün həyata keçirilir.
Salehi Beynəlxalq Atom Enerjsi Agentliyinin son məruzəsini tənqid edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramı ilə bağlı son məruzəsu bir daha təsdiq edir ki, o, dinc məqsədlər üçün həyata keçirilir. Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verib.

"Yeni məruzə də əvvəlki məruzələr kimi, İranın nüvə proqramının dinc məqsədli olduğunu təsdiq edir, odur ki, biz hesab edirik ki məruzədə göstərilən digər məsələlər əhəmiyyətsizdir", - o deyib.

Salehi BAEA-nın İranın Əraq ağır sular istehsalı zavodunun yoxlanılmasından imtina etməsi ilə bağlı bildirib ki, belə yoxlamalar İran və Agentlik arasında olan zəmanətlər haqqında sazişdən kənar çıxır.

"BAEA bizə göstərməlidir ki, o, hansı qarşlıqlı razılaşmaya əsasən ağır sular istehsalı obyektlərini yoxlaya bilər. Biz belə bir müddəa tapmamışıq, - Salehi deyib. - Əgər onlar bunu sübut etsələr, biz təcili olaraq müfəttişlərə zavoda gəlməyə icazə verəcəyik".

Salehi onu da qeyd edib ki, İranın uranın zənginləşdirilməsi üzrə 10 yeni obyektin tikintisinə başlamaq qərarı ilə bağlı BAEA-ya məlumat verməsi üçün heç bir qanuni əsas yoxdur.

Xəbər lenti

Xəbər lenti