...

İran 3-cü nəsil raket istehsal edib

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 12:45 (UTC +04:00)
İranın müdafiə naziri Əhməd Vəhidi bidlirib ki, "Fateh 110" raketlərinin 3-cü nəsli istehsal olunub və İnqilab Keşikçiləri Korpusuna (Sepah) təhvil verilib.
İran 3-cü nəsil raket istehsal edib

İranın müdafiə naziri Əhməd Vəhidi bidlirib ki, "Fateh 110" raketlərinin 3-cü nəsli istehsal olunub və İnqilab Keşikçiləri Korpusuna (Sepah) təhvil verilib.

"Fars" agentliyinin məlumatına əsasən, general Vəhidi bildirib ki, "Fateh" raketinin yeni nəsli (4-cü nəsil) yaxın gələcəkdə sınaqdan keçiriləcək.

Vəhidi bildirib ki, "Fateh" raketlərinin sənaye miqyasında istehsalı, Müdafiə Nazirliyi ekspertlərinin peşəkarlığının göstəricisidir.

İran müdafiə nazirinin sözlərinə görə, "Fateh" raketinin yeni nəslinin hədəfəalma məqamı artıb, atışa hazırlıq sürəti azalıb və quru yanacaqdan istifadə edir.

Xəbər lenti

Xəbər lenti