...

Tehran Boliviya ilə müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazırdır – Əhmədinejad

Dünya xəbərləri Materials 30 Sentyabr 2010 15:44 (UTC +04:00)
İran və Boliviya arasında dərin dostluq münasibətləri mövcuddur və Tehran bu ölkə ilə müxtəlif sahələrdə kənd təsərrüfatı, ticarət və sənaye də daxil olmaqla, gələcək münasibətləri inkişaf etdirməyə hazırdır.
Tehran Boliviya ilə müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazırdır – Əhmədinejad

İran və Boliviya arasında dərin dostluq münasibətləri mövcuddur və Tehran bu ölkə ilə müxtəlif sahələrdə kənd təsərrüfatı, ticarət və sənaye də daxil olmaqla, gələcək münasibətləri inkişaf etdirməyə hazırdır. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Boliviya Prezidentinin işləri üzrə nazir Oskar Koka Antezana, planlaşdırma və inkişaf naziri Elba Viviana Karo ilə görüşündə bəyan edib. Məlumatı Press TV yayıb.

Boliviyalı nazirlər bildiriblər ki, onların ölkəsi İslam Respublikası ilə gələcək əlaqələrin genişlənməsini dəstəkləyir.

İran Braziliya, Boliviya, Venesuela və Ekvador da daxil olmaqla, bir çox Latın Amerikası ölkələri ilə dostluq münasibətləri qurub.

Əhmədinejad sonuncu dəfə Boliviyaya 2009-cu ilin noyabrında Latın Amerikası turnesi çərçivəsində rəsmi səfər edib.

Boliviya İranın nüvə enerjisinə sahib olmaq cəhdini açıq şəkildə dəstəkləyən üç ölkədən biridir.

Xəbər lenti

Xəbər lenti