...

İsrail, Əhmədinejadın Livana səfərinə etiraz edə bilməz – Livan Prezidenti

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 12:17 (UTC +04:00)
İsrailin İran Prezidenti Mahmud Əhmədinejadın Livana qarşıdakı səfərinə etiraz etməyə haqqı yoxdur. Bu barədə Livan Prezidenti Mişel Süleyman bəyan edib. Məlumatı İRNA agentliyinə istinadən "Press-TV" yayıb.
İsrail, Əhmədinejadın Livana səfərinə etiraz edə bilməz – Livan Prezidenti

İsrailin İran Prezidenti Mahmud Əhmədinejadın Livana qarşıdakı səfərinə etiraz etməyə haqqı yoxdur. Bu barədə Livan Prezidenti Mişel Süleyman bəyan edib. Məlumatı İRNA agentliyinə istinadən "Press-TV" yayıb.

"Dövlət başçılarının qəbulu hər bir müstəqil dövlətin hüququdur və İsrail ona etiraz edə bilməz", - Süleyman ölkə hökuməti ilə görüşündə bildirib.

İran Prezidenti oktyabrın 13-də Livana gəlməlidir; o həmçinin İsraillə sərhəd yaxınlığında yerləşən Bint-Cubayl və Marunəl-Ras Livan kəndlərinə səfər edəcək.

Əhmədinejad ikigünlük səfəri zamanı Livan rəhbərliyi - Prezident Mişel Süleyman və Baş nazir Saad Həriri ilə danışıqlar aparmaq fikrindədir. O, "Hizbullah" lideri Seyid Həsən Nəsrullah ilə də görüşəcək.

İsrail Beyruta təzyiq göstərməyə və Əhmədinejadın səfərini ləğv etdirməyə çalışır.

Xəbər lenti

Xəbər lenti