...

Amerika silahının alınması İsrail problemini həll etməyəcək – İranın müdafiə naziri

Dünya xəbərləri Materials 12 Oktyabr 2010 19:45 (UTC +04:00)
Daxili problemlər və hakim rejimin qeyri-hüquqiliyi ABŞ-ın İsrailə yeni texnologiyalar verməsi ilə həll olunmayacaq. Bu barədə çərşənbə axşamı Bakıda mətbuat konfransında jurnalistlərə İranın müdafiə naziri Əhməd Vahidi deyib.
Amerika silahının alınması İsrail problemini həll etməyəcək – İranın müdafiə naziri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Т.Cəfərov/

Daxili problemlər və hakim rejimin qeyri-hüquqiliyi ABŞ-ın İsrailə yeni texnologiyalar verməsi ilə həll olunmayacaq. Bu barədə çərşənbə axşamı Bakıda mətbuat konfransında jurnalistlərə İranın müdafiə naziri Əhməd Vahidi deyib.

"Bu rejimin (İsrail) bərqərar olması artıq problemdir. ABŞ kriminal rejimə texnologiyalar verdiyinə görə, dünya ictimaiyyəti qarşısında cavab verməlidir", - Vahidi deyib.

Onun sözlərinə görə, Amerikanın İsrailə "F-35" qırıcı təyyarələrini verməsi haqqında məlumat psixoloji təzyiqdir ki, bu da İsrailin 2006-cı ilin iyulunda Livanla sonuncu müharibədə uğursuzluğunu ört-basdır etmək məqsədi daşıyır.

"Problemlər İsrailin daxilindədir", - Vahidi deyib.

"Haares" kanalı məlumat verib ki, ötən həftə İsrailin Müdafiə Nazirliyi ABŞ ilə 2,75 milyard dollar məbləğində 20 "Lockheed Martin Lightning II" tipli qırıcının alınması haqqında müqavilə imzalayıb. Bağlanmış müqavilə İsrailə Amerikanın daha 75 perspektivli qırıcısının verilməsini nəzərdə tutur. Yeni texnika 2016-cı ildə İsrailə gətiriləcək.

İsrailin müdafiə naziri Ehud Şani bəyan edib ki, təyyarələrin alınması İsrailə hərbi potensialını genişləndirməyə əhəmiyyətli dərəcədə imkan verəcək. Bununla yanaşı, o qeyd edib ki, Amerikanın hiss olunmayacaq kiçik qırıcıları lazımi məqamda İran sərhədinə qədər uça bilər. Bununla da İsrail "F-35" qırıcı təyyarələrini almaqla, dünyada təyyarə yaradılması layihəsində iştirak etməyən, lakin onu alan ilk ölkə olacaq.

Xəbər lenti

Xəbər lenti