...

Türkiyə öz ərazisində NATO-nun RƏM sisteminin yerləşdirilməsi haqqında sorğu almayıb – Ərdoğan

Dünya xəbərləri Materials 16 Oktyabr 2010 11:40 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, onun hökuməti ölkəsində NATO-nun raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi haqqında heç bir sorğu almayıb.
Türkiyə öz ərazisində NATO-nun RƏM sisteminin yerləşdirilməsi haqqında sorğu almayıb – Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, onun hökuməti ölkəsində NATO-nun raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi haqqında heç bir sorğu almayıb. Məlumatı Anadolu agentliyi yayıb.

Bundan əvvəl cümə günü Türkiyənin müdafiə naziri Vecdi Könül ölkəsinin Şimali Atlantika Alyansı ilə RƏM sistemi haqqında danışıqlar apardığını bəyan etmişdi.

Könül ABŞ-ın bu məsələdə guya Türkiyəyə təzyiq göstərməsi barədə fikirləri təkzib edib.

Bir az əvvəl Türkiyə mətbuatında adı çəkilməyən türk diplomatının Amerikanın Х diapazonlu radiolokasiya izləmə stansiyasının Türkiyə ərazisində yerləşdirilməsinə nail olmaq məqsədilə ABŞ-ın onun ölkəsinə təzyiq göstərməsindən şikayətləndiyi barədə məlumat meydana çıxıb.

ABŞ artıq buraxılan raketlər haqqında bu cür iki ilkin xəbərdarlıq radarını Yaponiya və İsraildə yerləşdirib. Amerikanın "Reytion" korporasiyasının istehsalı olan bu RLS stansiyaları 4,7 min kilometrlik məsafədə beysbol topu ölçüsündə olan obyektləri aşkar etməyə və izləməyə qadirdir.

Xəbər lenti

Xəbər lenti