...

İran sərhədçiləri 7 əfqan hərbçini həbs ediblər

Dünya xəbərləri Materials 18 Oktyabr 2010 11:18 (UTC +04:00)
İran sərhədçiləri Sistan və Bəluçistan əyalətinin cənub-şərqində Əfqanıstan-İran sərhədini keçən 7 əfqan hərbi qulluqçunu həbs ediblər.
İran sərhədçiləri 7 əfqan hərbçini həbs ediblər

İran sərhədçiləri Sistan və Bəluçistan əyalətinin cənub-şərqində Əfqanıstan-İran sərhədini keçən 7 əfqan hərbi qulluqçunu həbs ediblər. Məlumatı bazar günü Press TV yayıb.

"Sərhəd polisinin əməkdaşları silahlı 6 zabit və bir əsgəri onlar Sistan və Bəluçistan sərhədini keçdikdən sonra həbs ediblər", - bazar günü İran sərhəd polsinin rəisi, briqada generalı Hüseyn Zülfüqari deyib.

Onun sözlərinə görə, əfqan hərbi qulluqçular saxta nömrə nişanlı avtomobillə İran sərhədini keçiblər.

"Saxlanılanlar bildiriblər ki, taliblərin axtarışı ilə bağlı ərazidə keşik çəkiblər və İrana keçmək niyyətində olmayıblar", - Zülfüqari deyib.

Xəbər lenti

Xəbər lenti