...

İran Türkiyənin sədaqətinə görə "5+1" ölkələri ilə müzakirələrin bu ölkədə aparılmasını istəyir

Dünya xəbərləri Materials 10 Noyabr 2010 18:10 (UTC +04:00)
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Brucerdi bildirib ki, ölkəsinin İran və "5+1" ölkələri arasında (BMT TŞ-nin daimi üzvləri və Almaniya) müzakirələrin Türkiyədə keçirilməsini istəməsinin səbəblərindən biri bu ölkənin sədaqətli olmasıdır.
İran Türkiyənin sədaqətinə görə "5+1" ölkələri ilə müzakirələrin bu ölkədə aparılmasını istəyir

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Brucerdi bildirib ki, ölkəsinin İran və "5+1" ölkələri arasında (BMT TŞ-nin daimi üzvləri və Almaniya) müzakirələrin Türkiyədə keçirilməsini istəməsinin səbəblərindən biri bu ölkənin sədaqətli olmasıdır. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

Brucerdi əlavə edib ki, rəsmi Tehran Türkiyənin beynəlxalq məsələlərdə rolunu dəstəkləyir. "Türkiyə hökuməti Tehran Bəyannaməsində öz sədaqətini sübut edib və bu ölkənin sədaqətli olması bizim üçün böyük əhəmiyyət kəsb edir", - o deyib.

Uranın mübadiləsi haqqında üçtərəfli razılaşma 2010-cu il mayın 17-də İran, Türkiyə və Braziliya arasında əldə olunub. Bu ölkələrin XİN rəhbərləri Tehran elmi-tədqiqat reaktoru üçün Tehranın mövcud az zənginləşdirilmiş (3,5 faizədək) uranının yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi üzrə saziş layihəsi imzalayıblar. Tehran Bəyannaməsi kimi tanınan bu sənədə əsasən, mübadilə Türkiyə ərazisində həyata keçirilməlidir.

Ötən həftə "New York Times" qəzeti məlumat yayıb ki, "5+1" ölkələri uran yanacağının mübadiləsi ilə bağlı şərtləri çətinləşdirib və İrandan daha çox zəif uran təhvil almağa qərar verib.

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton oktyabrda İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təklif edib. Buna cavab olaraq, Müttəki Aİ-ni danışıqların müddətini konkretləşdirməyə çağırıb və müzakirələrin Türkiyə ərazisində keçirilməsinin razılaşdırıldığını qeyd edib. Oktyabrın 16-da Aİ nümayəndələri danışıqların noyabrın 15-16-da aparılmasını təklif ediblər.

Xəbər lenti

Xəbər lenti