...

İran demokratiya məsələsi ilə bağlı Avropa ilə məsləhətləşməyə hazırdır – Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 15 Noyabr 2010 15:26 (UTC +04:00)
İran demokratiyanın qurulması üçün Avropa ilə "öz təcrübə və meyarlarını" bölüşməyə hazırdır. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib.
İran demokratiya məsələsi ilə bağlı Avropa ilə məsləhətləşməyə hazırdır – Mahmud Əhmədinejad

İran demokratiyanın qurulması üçün Avropa ilə "öz təcrübə və meyarlarını" bölüşməyə hazırdır. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib. Xəbəri Fars agentliyi yayıb.

O, Avropada etiraz aksiyalarını və ümumilikdə Fransadakı iğtişaşları qeyd edərək deyib ki, siyasi liderlərin xalqlarına qulaq asmaq vaxtı gəlib çatıb.

"Qərb liderləri öz xalqlarına qarşı zorakılıqdan və onların tələblərini rədd etməkdən əl çəkib əvəzinə, ədaləti təmin etməlidirlər. İran hazırki siyasi dalandan çıxmaq üçün bu ölkələrlə öz təcrübəsini bölüşməyə hazırdır", - Əhmədinejad qeyd edib.

İranda Qərb ölkələrinin əksəriyyətində mövcud olan partiya sistemi yoxdur. Rəhbər işçilərin çoxu partiyalara yox, fraksiyalara mənsubdurlar və müstəqil namizəd qismində seçilirlər.

Son illər ərzində partiyalar yalnız islahat qanadı tərəfindən formalaşdırılıb, lakin onlar mübahisəli 2009-cu il Prezident seçkilərindən sonra qadağan edilib.

Xəbər lenti

Xəbər lenti