...

Türkiyə XİN başçısı İran Təhlükəsizlik Şurasının katibi ilə Tehranın nüvə proqramını müzakirə edib

Dünya xəbərləri Materials 27 Noyabr 2010 11:55 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə telefon danışığı zamanı Tehranın nüvə proqramını müzakirə edib. Məlumatı "Anadolu" agentliyi yayıb.

Cəlilinin təşəbbüsü ilə baş tutan danışığın gedişində tərəflər Tehran və atom problemi üzrə vasitəçilərdən ibarət "altılıq" arasında qarşıdakı danışıqları müzakirə ediblər.

Cəlili və Davudoğlu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla aparılacaq danışıqların tarixi, yeri və proseduru haqqında fikir mübadiləsi aparıblar.

Vasitəçilərdən ibarət "altılıq" (Rusiya, ABŞ, ÇXR, Böyük Britaniya, Fransa, AFR) 2003-cü ildən BAEA ilə birgə İranın nüvə silahlarının yayılmaması rejimi üçün təhlükə ola biləcək uranın zənginləşdirilməsi barədə fəaliyyətinin dayandırılmasına nail olmağa çalışırlar. İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılıb.

Noyabrın 9-da Cəlili İranın nüvə proqramı üzrə danışıqların noyabrın 23-də və ya dekabrın 5-də İstanbulda keçirilməsini təklif edib. Bu təklif Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun adına yazılan məktubda edilib. Cavabında Eşton danışıqların dekabrın 5-də keçirilməsinə dair təklifin qəbul edildiyini, lakin iranlıların ehtimal etdiyi kimi İstanbulda deyil, Cenevrədə keçiriləcəyini bəyan edib.

ABŞ və bir sıra Qərb dövlətləri İranı sülhyönlü nüvə proqramı pərdəsi altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edir. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, Nüvə silahının yayılmaması üzrə müqavilənin üzvü kimi dinc məqsədli nüvə texnologiyalarından istifadə etməyə tam hüququ var.

Xəbər lenti

Xəbər lenti