...

Livanda bütün cinahlar İranın bu ölkədəki rolunu alqışlayır - Əhmədinejad

Dünya xəbərləri Materials 29 Noyabr 2010 17:19 (UTC +04:00)

İran Prezidenti bildirib ki, Livanda bütün cinahlar İranın bu ölkədəki rolunu alqışlayır.

"Ötən ay Livana səfərimdə bütün cinahlarla iclas keçirdik və hamısı İranın bu ölkədəki rolunu müsbət dəyərləndirdi", - Prezident Mahmud Əhmədinejad İran telekanalı ilə (IRIB) yayımlanan mətbuat konfransında bildirib.

İran Prezidenti oktyabr ayında Livana səfər edib. Səfərdə iki ölkə arasında 17 saziş imzalanıb. Noyabrın 28-də isə Livanın Baş naziri Saad əl-Həriri Tehrana səfər edib.

Əhmədinejad deyib ki, Livana səfərində bu ölkənin bütün cinahları Qərbin, xüsusilə də ABŞ-ın Livanda nüfuzu və təzyiqindən narazı və narahat olduqlarını bildiriblər.

Əhmədinejadın Livana səfəri zamanı rəsmi Tehranın müttəfiqləri hesab olunan "Hizbullah" və "Amal" hərəkatları birgə bəyanatlarında İran Prezidenti Mahmud Əhmədinejada Livana səfər etdiyi və Livan xalqını dəstəklədiyi üçün təşəkkür edib və bu səfəri iki ölkə arasında möhkəm münasibətlər üçün bir "əlamət" adlandırıblar.

Mahmud Əhmədinejad Livana ikigünlük rəsmi səfəri başa çatmazdan əvvəl "Hizbullah"ın baş katibi Həsən Nəsrullah ilə görüşüb. Görüş zamanı İran Prezidentinin Livana səfərinin yekunları müzakirə olunub.

İram Prezidenti livanlı həmkarı Mişel Süleymanın dəvəti ilə baş tutan ikigünlük səfəri zamanı ölkənin ali rəhbərliyi, siyasi liderləri, universitetlərin akademik və tələbələri ilə görüşüb, Beyrutda və Livanın cənubunda Livan xalqı qarşısında çıxış edib.

Xəbər lenti

Xəbər lenti