...

İran terror hadisələri ilə bağlı BMT TŞ-nin daimi üzvlərini məhkəməyə verməklə hədələyib

Dünya xəbərləri Materials 1 Dekabr 2010 12:22 (UTC +04:00)
"Son terror hadisələrində İrana qarşı qətnaməni tətbiq edən ölkələri günahkar hesab edirik, çünki onlar öz qətnamələrində alimlərimizin adlarını açıqlayırlar", - İran Prezidenti Mahmud Əhmədinejad deyib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.
İran terror hadisələri ilə bağlı BMT TŞ-nin daimi üzvlərini məhkəməyə verməklə hədələyib

"Son terror hadisələrində İrana qarşı qətnaməni tətbiq edən ölkələri günahkar hesab edirik, çünki onlar öz qətnamələrində alimlərimizin adlarını açıqlayırlar", - İran Prezidenti Mahmud Əhmədinejad deyib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr sionistlərlə əlbirdirlər. Qərb ölkələri və düşmənlər bilsinlər, əgər bir daha belə hadisələr təkrarlanarsa, BMT TŞ-nin daimi üzvlərini (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) məhkəməyə çıxarıb cəzalandıracağıq", - Əhmədinejad bildirib.

Noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar. Məlumata əsasən, alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar. BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsində sanksiya tətbiq edilən şəxslər siyahısında Firudin Abbasinin də adı var.

Əhmədinejad əlavə edib ki, bu işi görməyə gücləri çatır. "Tarix göstərib ki, İran xalqı öz düşmənlərini cəzalandırmağı bacarır", - o, deyib.

Tehranda iki universitet müəlliminə qarşı törədilən partlayışdan sonra İran rəsmiləri ABŞ, İsrail, Böyük Britaniyanın kəşfiyyat təşkilatı, NATO və digərlərini birbaşa və ya dolayısıyla hadisəni törətməkdə ittiham ediblər.

Xəbər lenti

Xəbər lenti