...

İranın Sistan və Bəluçistan əyalətində baş vermiş terror aktı 39 insanın həyatına son qoyub (ƏLAVƏ OLUNUB-3)

Dünya xəbərləri Materials 15 Dekabr 2010 18:11 (UTC +04:00)
Xəstəxanada iki kamikadze tərəfindən törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən daha biri dünyasını dəyişib. Beləliklə, həlak olanların ümumi sayı 39 olub.
İranın Sistan və Bəluçistan əyalətində baş vermiş terror aktı 39 insanın həyatına son qoyub (ƏLAVƏ OLUNUB-3)

RED. əlav.: Həlak olanların sayı dəqiqləşdirilib və İran parlamenti spikerinin sözləri əlavə olunub

Xəstəxanada iki kamikadze tərəfindən törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən daha biri dünyasını dəyişib. Beləliklə, həlak olanların ümumi sayı 39 olub. Onlar arasında üç qadın və bir körpə də var. Məlumatı IRNA informasiya agentliyi yayıb.

Partlayış səhər saat 10:30 radələrində İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərinin cənub-şərqində İmam Hüseyn məscidinin yaxınlığında baş verib. İnsanlar bura imamın vəfatının ildönümü ilə əlaqədar toplaşıblar.

Sistan və Bəluçistan əyalətinin rəhbəri Əli Məhəmmədzadə məlumat vermişdi ki, həlak olanların sayı 38 nəfərdir, onların arasında bir qadın və üçaylıq körpə də var, 55 nəfər isə yaralanıb. Məlumatı ISNA agentliyi yayıb.

O həmçinin əlavə edib ki, terrorçulardan biri partlayış zamanı həlak olub, ikincisi isə qaçmağa cəhd göstərərkən öldürülüb. Bununla da o, partlayışda əli olan adamlardan birinin həbs edilməsi barədə ISNA agentliyinin yaydığı məlumatı təkzib edib.

Bir müddət əvvəl təcili yardım xidmətinin rəhbəri Qulamrza Məsumi məlumat vermişdi ki, İranın bütün cənub-şərq ərazisində, xüsusilə də Kirman əyalətində xəstəxanalar yaralıları qəbul etməyə hazır vəziyyətdədir. Məlumatı ISNA agentliyi yayıb.

İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində baş verən terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb. Bu barədə "Mehr" informasiya agentliyi Dubayın "Al-Arabia" telekanalına istinadən məlumat verib.

İran parlamentinin spikeri Əli Laricani terror aktını pisləyib və qeyd edib ki, terrorçular belə əməlləri ilə İranda yaşayan şiə və sünnilər arasında ədavət yaratmaq istəyirlər.

Xəbər lenti

Xəbər lenti