...

İsrail "Azadlıq donanması"na hücuma görə Türkiyədən üzr istəməyəcək - XİN

Dünya xəbərləri Materials 16 Dekabr 2010 12:41 (UTC +04:00)
İsrail bu il mayın 31-də israilli hərbçilər tərəfindən "Azadlıq donanması" humanitar konvoyuna hücum zamanı doqquz türkün öldürülməsinə görə üzr istəməyəcək. Bu barədə çərşənbə günü İsrail xarici işlər nazirinin müavini Dani Ayalon ölkə Parlamentində müzakirələr zamanı bildirib.
İsrail "Azadlıq donanması"na hücuma görə Türkiyədən üzr istəməyəcək - XİN

İsrail bu il mayın 31-də israilli hərbçilər tərəfindən "Azadlıq donanması" humanitar konvoyuna hücum zamanı doqquz türkün öldürülməsinə görə üzr istəməyəcək. Bu barədə çərşənbə günü İsrail xarici işlər nazirinin müavini Dani Ayalon ölkə Parlamentində müzakirələr zamanı bildirib. Xəbəri Anadolu agentliyi yayıb.

Bir az əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu da oxşar bəyanatla çıxış edib.

Müzakirələr nəticəsində israilli deputatlar Türkiyədən üzr istənilməsi və təzminat ödənilməsinə qarşı çıxıblar. Ayalonun təklifinə əsasən məsələ Knessetin gündəliyindən çıxarılıb.

Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib.Bu insidentdən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdolğan İsraili dəfələrlə "dövlət terrorizmi" siyasəti yürütməkdə günahlandırıb və İsrailin rəsmi üzr istəməsini və hücum zamanı həlak olanların ailələrinə təzminatın ödənilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti