İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlilinin müavini Əli Baqiri dekabrın 26-da Suriyaya səfər edəcək. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.
Məlumata görə, Baqiri səfər zamanı Suriya Prezidenti, xarici işlər naziri və digər rəsmilərlə iki tərəfli əlaqələr, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparacaq.