ABŞ Prezidenti Barak Obama çərşənbə günü Türkiyə və Suriyaya səfirlər təyin edib. Bu barədə Ağ evin məlumatında deyilir.
ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəliyinə Frensis Riçardone rəhbərlik edəcək. O, bundan əvvəl Kabildə, Filippində və Misirdə səfir müavini postlarının tutub.
Əvvəllər Əlcəzairdə səfir, İraq və Bəhreyndə səfir müavini işləyən Robert Ford Suriyaya səfir təyin edilib.
ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüdyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdırlar. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.
Prezidentin əmri onun seçdiyi şəxslərə Senatın təsdiqini gözləmədən dərhal yeni vəzifələrinin icrasına başlamaq imkanı verir. Lakin Konqres növbəti sessiyasının sonunadək (2011-ci ilin noyabr-dekabrı) namizədləri təsdiqləməsə, bu əmr qüvvədən düşəcək.
Ağ ev xəbər verir ki, bu və ya digər namizəd öz müzakirələrini 147 gün gözləyərsə, Prezident Konqresin təsdiqi olmadan təyinat həyata keçirə bilər.