...

Qarsdakı erməni-türk dostluğu abidəsi yaxın vaxtlarda söküləcək – bələdiyyə

Dünya xəbərləri Materials 10 Yanvar 2011 13:48 (UTC +04:00)
Qarsdakı erməni-türk dostluğu abidəsi yaxın vaxtlarda söküləcək. Bu barədə Trend-ə bazar ertəsi Qars bələdiyyəsindən məlumat verilib.
Qarsdakı erməni-türk dostluğu abidəsi yaxın vaxtlarda söküləcək – bələdiyyə

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Axundov/

Qarsdakı erməni-türk dostluğu abidəsi yaxın vaxtlarda söküləcək. Bu barədə Trend-ə bazar ertəsi Qars bələdiyyəsindən məlumat verilib.

"Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarını gözləyirik. Onu alan kimi abidəni sökməyə başlayacağıq", - bələdiyyədən bildiriblər.

Bələdiyyədən məlumat verilib ki, abidə 350 tona yaxın çəkiyə malik olduğu və şəhərin tarixi hissəsində yerləşdiyi üçün onun sökülməsi bir qədər vaxt aparacaq.

"Abidənin sökülməsi ilə bağlı işlər başa çatdıqdan sonra onun yerində park salınacaq", - bələdiyyədən qeyd ediblər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan şənbə günü Qarsa səfəri zamanı abidəni "biçimsiz" adlandıraraq onun sökülməsinə dair əmr verib.

Erməni-türk dostluğu abidəsi 2008-ci ildə Qarsın keçmiş ermənipərəst meri Naif Əlibəyoğlunun dövründə tikilib.

30 metr hündürlükdə olan iki heykəl bir-birinə doğru çevrilmiş iki fiquru nümayiş etdirir. Abidə Ermənistanla sərhədin 40 kilometrliyindəki hündürlükdə ucaldılıb.

Xəbər lenti

Xəbər lenti