...

İran Prezidentinin Xəzər üzrə nümayəndəsi Moskvaya səfər edəcək

Dünya xəbərləri Materials 14 Yanvar 2011 18:13 (UTC +04:00)
İran Prezidentinin Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə nümayəndəsi Mehdi Axundzadə yanvarın 17-də Moskvaya ikigünlük səfər edəcək.
İran Prezidentinin Xəzər üzrə nümayəndəsi Moskvaya səfər edəcək

İran Prezidentinin Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə nümayəndəsi Mehdi Axundzadə yanvarın 17-də Moskvaya ikigünlük səfər edəcək. Bu barədə İranın Rusiyadakı səfirliyinin saytı məlumat verib.

Axundzadənin səfərinin məqsədi Rusiyanın rəsmi nümayəndələri ilə Xəzər dənizinin statusu üzrə məsələləri müzakirə etməkdir.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

2007-ci ildə Tehranda Xəzəryanı ölkə başçılarının ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üçün gələcək işin konkret istiqamətləri müəyyən olunub.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Yanvarın sonunda Bakıda Xəzər dənizinin statusu məsələsi üzrə işçi qrupunun iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti