...

İranın Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə qərargahına yeni komandan təyin olunub

Dünya xəbərləri Materials 24 Yanvar 2011 17:55 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyinin sərəncamı ilə Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə qərargahının komandanlığına general-leytenant Fərzad İsmaili təyin edilib.
İranın Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə qərargahına yeni komandan təyin olunub

İranın ali lideri ayətullah Əli Xamneyinin sərəncamı ilə Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə qərargahının komandanlığına general-leytenant Fərzad İsmaili təyin edilib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Bundan əvvəl bu qərargaha general-leytenant Əhməd Miqani komandanlıq edirdi.

Xatəmül-Ənbiya qərargahı həm İran Silahlı Qüvvələrinin, həm də iqtisadi və hərbi təşkilat olan İran "Sepah" Keşikçilər Korpusunun tabeliyindədir. Qərargahın "Sepah"ın tabeliyində olan hissəsi İranın bir neçə iri iqtisadi layihələrində iştirak edir, o cümlədən enerji sektorunda dövlətlə dəyəri 10 milyard dollardan artıq müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti