...

Somali piratları içərisində iranlı və hindistanlı dənizçilər olan gəmini ələ keçiriblər

Dünya xəbərləri Materials 14 Fevral 2011 11:44 (UTC +04:00)
Somali dəniz quldurları ötən gün içərisində iranlı və hindistalı dənizçilər olan gəmiyə hücum edərək onu ələ keçiriblər. Gəmidəki 22 dənizçi girov götürülüb. Onlardan 13 nəfəri İran, 9 nəfəri isə Hindistan vətəndaşıdır. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Somali piratları içərisində iranlı və hindistanlı dənizçilər olan gəmini ələ keçiriblər

Somali dəniz quldurları ötən gün içərisində iranlı və hindistalı dənizçilər olan gəmiyə hücum edərək onu ələ keçiriblər. Gəmidəki 22 dənizçi girov götürülüb. Onlardan 13 nəfəri İran, 9 nəfəri isə Hindistan vətəndaşıdır. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, gəmi İranın Bəndər Abbas limanından Çinə yük aparırmış. İran və Hindistanın Gəmiçilik idarələri girov götürülmüş gəminin və ekipajının vəziyyəti ilə bağlı fövqəladə komitə yaradıb. Komitə gəminin və ekipajın azad olunması ilə bağlı lazımi tədbirlər görür.

Gəmi İran və Hindistanın müştərək şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti