...

Liviyada etirazçılarla polis arasında qarşıdurmalarda ən azı 200 nəfər ölüb, 800 nəfər yaralanıb

Dünya xəbərləri Materials 20 Fevral 2011 20:08 (UTC +04:00)
Liviyanın Benqazi şəhərində etirazçılarla polis arasında baş verən qarşıdurmalarda ən azı 200 nəfər həlak olub. Trend-in məlumaına görə bu barədə Associated Press agentliyi xəbər yayıb.
Liviyada etirazçılarla polis arasında qarşıdurmalarda ən azı 200 nəfər ölüb, 800 nəfər yaralanıb

Liviyanın Benqazi şəhərində etirazçılarla polis arasında baş verən qarşıdurmalarda ən azı 200 nəfər həlak olub. Trend-in məlumaına görə bu barədə Associated Press agentliyi xəbər yayıb.

Xəsarət alanların sayının 800 nəfəri keçdiyini, ölən və xəsarət alanların əksəriyyətinin odlu silahla vurulduğu bildirilir.

42 il ərzində ölkəni idarə edən Müəmmər əl-Qəzzafinin istefa etməsi tələbi ilə keçirilən nümayişlər fevralın 15-də başlayıb. Lakin hakimiyyət etirazçılara qarşı amansızca davranır. Reuter agentliyinin yaydığı məlumata əsasən, şənbə günü ölkənin xüsusi xidmət qüvvələri öncə toqquşmalarda həlak olanların dəfn mərasiminə gələnlərə odlu silahlardan atəş açıb.

Xəbər lenti

Xəbər lenti