...

Əhmədinejadın avtomobili 2,5 milyon dollara satılıb

Dünya xəbərləri Materials 1 Mart 2011 14:54 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın avtomobili 2,5 milyon dollara satılıb. Bu barədə Trend İranın /econews.ir/ xəbər saytına istinadən məlumat verir.
Əhmədinejadın avtomobili 2,5 milyon dollara satılıb

İran Prezidenti Mahmud Əhmədinejadın avtomobili 2,5 milyon dollara satılıb. Bu barədə Trend İranın /econews.ir/ xəbər saytına istinadən məlumat verir.

Məlumata əsasən, avtomibili iranlı sahibkar alıb. O, avtombili bu gün təhvil alacaq.

2010-cu ilin noyabrın 21-də İran Prezidenti Mahmud Əhmədinejadın "Pejo 504" markalı avtomobili hərraca çıxarılıb. Bunu İranın rifah və sosial təminat naziri Sadiq Məhsuli bildiribMəhsuli deyib ki, aztəminatlı ailələrin mənzil probleminin həllinə yönəlmiş "Məskən-e mehr" adlı mənzil-inşaat proqramı çərçivəsində mənzil tikintisi ilə məşğul olan xeyriyyəçi şəxslərin ötən gün keçirilən konfransında Prezident bu qərarı qəbul edib.

O, bildirib ki, Əhmədinejad aztəminatlı ailələrin mənzil təminatına kömək etmək məqsədi ilə bu addımı atıb. "Hazırda avtomobil beynəlxalq hərraca çıxarılıb və yaxın gələcəkdə onun qiyməti açıqlanacaq", - Məhsuli deyib.

Xəbər lenti

Xəbər lenti