...

Fransa iranlı jurnalisti ölkədən çıxarıb

Dünya xəbərləri Materials 17 Mart 2011 13:41 (UTC +04:00)
Fransa hökuməti İranın dövlət televiziyasının Parisdəki jurnalisti Kamran Nəcəfzadəni bu ölkədən çıxarıb. Bu barədə Trend İranın /asriran.com/ saytına istinadən məlumat verir.
Fransa iranlı jurnalisti ölkədən çıxarıb

Fransa hökuməti İranın dövlət televiziyasının Parisdəki jurnalisti Kamran Nəcəfzadəni bu ölkədən çıxarıb. Bu barədə Trend İranın /asriran.com/ saytına istinadən məlumat verir.

Məlumata əsasən, Fransanın bu addımı ölkənin RFI informasiya agentliyinin Tehrandakı müxbiri Ci Duşumuxun İrandan çıxarılmasına cavab olaraq atdığı bildirilir.

RFI agentliyinin Tehrandakı müxbiri ötən həftənin cümə günü İran hökuməti tərəfindən ölkədən çıxarılıb. Duşumux Hindistan əsilli jurnalistdir və RFI-ın Tehran ofisində baş redaktor işləyib. Onun Tehrandan çıxarılmasının səbəbləri açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti